13 Oktyabr 2017 15:33
866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Moskva şəhərində 11 oktyabr tarixindən etibarən BMT-ə üzv 70-dən çox ölkənin gənclər siyasətinə cavabdeh dövlət qurumlarının rəhbərləri və nazirlərin iştirakı ilə toplantı öz işinə başlayıb.

Teleqraf.com xəbər verir ki, 19-cu Dünya Gənclər və Tələbə festivalı öncəsi baş tutan toplantıda Azərbaycanı gənclər və idman naziri Azad Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.

Toplantı çərçivəsində BMT-ə üzv 70-dən çox ölkə nümayəndəsi gənclər siyasəti sahəsində fikir mübadiləsi aparıb, dövlət gənclər siyasətinin inkişafı istiqamətində təcrübələrini bölüşürlər.

Toplantının ilk günündə BMT-nin baş katibinin gənclər məsələləri üzrə müşaviri Cayatma Vikramanayake, Rusiya Federasiyasının təhsil və elm naziri Olqa Vasilyeva, gənclər məsələləri üzrə Federal agentliyin rəhbəri Aleksandr Buqayev, Rusiya Federasiyası prezidentinin mədəniyyət sahəsində beynəlxalq əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy və Lomonosov adına MDU-nin rektoru Viktor Sadovniçiy iştirak edirdilər.

Toplantıda çıxış edən gənlər və idman naziri Azad Rəhimov Azərbaycanda aparalın gənclər siyasəti, qəbul olanan dövlət proqramları, gənclərin inkişafına yönəlik strategiya, onların elmi, intellektual, yaradıcılıq və digər sahələrdə özlərini realizələri üçün həyata keçirilən layihələr, QHT-lər ilə işin aparılması və digər mövzular haqqında məlumat verib. Bunula yanaşı, nazir 80-ci illərin sonlarından başlayaraq Ermənistanın Azərbaycana qarşı apardığı hərbi aqressiya, bunun nəticəsində torpaqlarımızın 20%-nin işğal altında qalmasını, yüzlərlə azərbaycanlı gəncin bu müharibənin qurbanları olmasını iştirakçıların diqqətinə çatdırıb.

Nazir Azad Rəhimov hal hazırda ölkədə 40-dan çox gənclər evinin fəaliyyət göstərdiyini, dövlət Proqramından irəli gənlərək Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradıldığını, 2011-15-ci illər Azərbaycan gəncliyi Dövlət Proqramı çərçivəsində 121-i beynəlxalq olmaqla, 675 tədbirin həyata keçirildiyi, son 5 ildə Gənclər və idman nazirliyi və Gənclər Fondunun dəstəyi ilə QHT-lərin 4300-dən çox layihəsinin dəstəkləndiyini, 2000-dən çox gəncin ancaq nazirliyin xətti ilə mübadilə proqramlarında iştirak etdiyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.

Toplantı öz işini 14 oktyabr tarixində yekunlaşdıracaq.


Müəllif: Şəfiqə