13 Oktyabr 2017 16:17
696
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şərq Tərəfdaşlığı" proqramını kurasiya edən Avropa İttifaqının (Aİ) bir sıra ölkələrinin səfirləri Azərbaycana səfər edəcək.

Report-un verdiyi xəbərə görə, Aİ ölkələrindən, təxminən, 15 səfirin səfəri noyabrın əvvəllərinə nəzərdə tutulur.

Məlumata görə, səfər Tallindəki Şərq Tərəfdaşlığı Mərkəzinin koordinasiya dəstəyi ilə hazırda Aİ-yə sədrlik edən Estoniyanın və Latviyanın birgə təşkilatçılığıyla baş tutacaq.

Səfər zamanı noyabrın 24-də Brüsseldə keçiriləcək V Şərq Tərəfdaşlığı sammitinə hazırlığın detalları müzakirə olunacaq.


Müəllif: Teleqraf.com