16 Oktyabr 2017 10:52
784
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Millətçi Hərəkat Partiyası (MHP) sıralarından çıxarılan və millətçi ideologiyaya əsaslanan yeni partiya qurmaq niyyətini elan edən Meral Akşener artıq bu istiqamətdə fəaliyyətə başlayıb.

Teleqraf.com xəbər verir ki, Meral Akşener yeni partiyanın adını oktyabrın 25-də Ankarada Nazim Hikmət Mədəniyyət Mərkəzində elan edəcək.

Qeyd edək ki, yeni partiya qurmaqda israrlı olan MHP-nin keçmiş funksionerləri öncə Ankarada bir oteldə qurultay keçirmək istəyiblər və otel rəhbərliyi ilə razılıq əldə edilib. Lakin sonradan otel rəhbərliyi razılaşmadan imtina edib.

Bundan sonra uzun axtarışlardan sonra Akşener və komandası Nazim Hikmət Mədəniyyət Mərkəzində qurultay keçirmək qərarını verib. Artıq razılıq əldə edilib və tədbir baş tutacaq. Burada Akşener yeni partiyanın adını və yol xəritəsini açıqlayacaq.

Qurultaydan sonra Akşener yeni partiyanın qeydiyyata alınması üçün müvafiq dövlət qurumlarına müraciət etməyi planlayır.


Müəllif: Cavad