16 Oktyabr 2017 17:16
748
12 Punto 14 Punto 16 Punto 18 Punto

13:14

ABŞ ilə Türkiyə arasında yaşanan viza böhranını aradan qaldırmaq üçün bu gün Vaşinqtondan olan nümayəndə heyəti Ankaraya gələcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, nümayəndə heyətinə ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi Conatan Kohen rəhbərlik edir.
Səfər zamanı nümayəndə heyətinin Türkiyə Xarici işlər nazirinin müavini Əhməd Muxtar Gün ilə görüşəcəyi və iki ölkə arasındakı gərginliyi aradan qaldırmaq üçün danışıqlar aparacağı bildirilib.
Qeyd edək ki, Türkiyə polisinin Fətullahçı terror təşkilatı ilə əlaqədə ittiham olunan ABŞ-ın İstanbuldakı Baş konsulluğunun nümayəndəsi Mətin Topuzu həbs etməsi iki ölkə arasında gərginliyə səbəb olmuşdu.

***

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə nümayəndəsi Conatan Kohenin rəhbərlik etdiyi nümayəndə heyəti Ankaradadır.

Onların olduğu təyyarə günorta saatlarında Esenboğa aeroportuna eniş edib.


Müəllif: Samir