Ermənistan prezidenti Serj Sərkisyan Cenevrədə Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüşün nəticələri barədə danışıb.
Teleqraf.com xəbər verir ki, Sərkisyan görüşdə cəbhə xəttində gərginliyin azaldılması üçün tədbirlərin görülməsi barədə anlaşma əldə olunduğunu bildirib.
O bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev münaqişənin mürəkkəbliyini çox yaxşı dərk edir.