17 Oktyabr 2017 10:37
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT Baş katibi Antonio Quterreş Azərbaycan və Ermənistan prezidentlərinə çağırış ünvanlayıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Quterreş tərəfləri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə çağırıb.

Bununla bağlı BMT baş katibinin xüsusi nümayəndəsi Stefan Cujarrik məlumat verib. Onun sözlərinə görə, BMT baş katibi prezidentlərin Cenevrədəki görüşünü alqışlayıb:

“O, prezidentlərin danışıqlar prosesinin canlandırılması üçün addımlar atmaq və təmas xəttində gərginliyin azaldılması üçün tədbirlər görməklə bağlı razılığa gəlməsini müsbət qiymətləndirib”.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Prezidenti Serj Sərkisyan dünən Cenevrədə görüşüblər.


Müəllif: Samir