17 Oktyabr 2017 12:32
1 193
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa rəsmiləri götürüb Azərbaycanın daxili işlər nazirinə məktub yazıblar ki, bəs Azərbaycanda niyə cinsi azlıqlara “gözün üstə qaşın var” deyirsiniz?!

Teleqraf.com xəbər verir ki, bunu Böyük Quruluş Partiyasının başqanı, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

O qeyd edib ki, utanmazlığın bundan o tərəfini təsəvvür etmək mümkün deyil:

“Hömətli nazirimiz Ramil Usubov da mədəni formada bu müraciətə haqlı cavab verib ki, cinsi azlıq olmaq hüquq pozuntusuna yol vermək üçün xüsusi imtiyaz yaratmır. Adamlar konkret olaraq yolxucu xəstəliklər yayırlar və buna görə də inzibati məsuliyyətə cəlb olunublar”.

F.Mustafa qeyd edib ki, Azərbaycan polisinin bu addımı yerində, doğru və cəmiyyətin dəstəklədiyi bir addımdır:

“Mən insan haqlarından da, dindən də, siyasətdən də az-çox başı çıxan adamam, düşünürəm ki, xəstə insanlardır, Allah normal insani keyfiyyətləri bu kateqoriyadan olanlara nəsib etməyib, Yaradanın yaratdığına qarşı bizlərin də mərhəmətli olması vacibdir. Ancaq cəmiyyət əxlaqı deyilən bir şey var. Bu cür təzahürlər mütləq lokallaşdırılmalıdır ki, insanların ümumi əxlaq prinsiplərini zədələməsin. İnkişaf etmiş ölkələrdə fahişəliyin məkan olaraq lokallaşdırılması və xüsusi yerlərdə lisenziya vasitəsilə mümkünlüyünün nəzərdə tutulması səbəbsiz deyil. İstəsən də, istəməsən də cinsi azlıqlar, fahişələr, narkomanlar, əyyaşlar həm qədim dünyanın, həm də müasir dünyanın reallıqlarıdır, həmişə olub və olacaq. Ancaq bu təzahürlərin cəmiyyət çoxluğuna təzyiq və təsir göstərməsinə, öz həyat tərzini bu və ya digər vasitələrlə cəmiyyətə sırımasına biganə yanaşmaq olmaz. Ona görə də bu kateqoriyadan olan insanlar üçün xüsusi lisenziyalaşdırılmış yerlərin müəyyən olunması, marjinallaşması üçün addımlar atılmalıdır. Dövlət nəzarəti öz üzərinə götürür, vergisini alır, bu kateqoriyadan olan insanlar, icmalar müəyyən olunmuş məkanlardan kənarda öz vərdişlərini nümayiş etdirməyə çalışarlarsa, o zaman qanunda nəzərdə tutulan sərt tədbirlər görülür”.

Deputata daha sonra deyib:

“Sirr deyil ki, bu gün ABŞ və Avropada cinsi azlıqların müxtəlif növləri hakimiyyət olimpində rahatlıqla ön mövqelərə çəkilirlər. Bu kateqoriyadan olan insanların bizim kimi ölkələrdə təcrid olunmuş vəziyyətdə yaşamasındansa, ABŞ və Avropa ölkələri onların dinc şəraitdə öz arzularını gerçəkləşdirməsi üçün sığınacaq verib, xüsusi imtiyazlı vətəndaşlar kimi yağ-bal içində yaşada bilər. Bunu etmirlərsə, deməli, məqsəd aydındır: bu virusu bizim cəmiyyətə yaymaq, ailə dəyərlərini alt-üst etmək, tolerantlıq adı ilə əxlaqsılığa dözümlü bir cəmiyyət formalaşdırmaq. Bəzi dövlət postlarında, sənət məkanında, biznes mühitində, dindar çevrəsində bu tipli insanları dəstəkləyərək onların mövcudluğunu adiləşdirmək, normal bir təzahür kimi göstərmək, bizim üçün daha faydalı olan əksər Qərb dəyərlərinin mənimsənilməsinə qarşı olanlar üçün də əlverişli arqument yaratmış olur. Ona görə də bu problemə sanki Daxili İşlər Nazirliyinə aid məsələ kimi baxaraq cəmiyyətin düşünən insanlarının yaxasını kənara çəkməsi yanlış yoldur. Bu problemlə bağlı dəqiq hüquqi tənzimləmələr olmazsa, ciddi narahatedici hadisələrin gələcəkdə də yaşanması qaçılmaz olacaq”.


Müəllif: Səxavət