17 Oktyabr 2017 15:36
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Cenevrədə keçirdiyi görüş təqdirəlayiqdir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının müdafiə və təhlükəsizlik komitəsinin üzvü Aleksey Puşkov deyib:

“Fikrimcə, Bakı və İrəvan arasındakı dialoq prosesinin alternativi yoxdur. Münaqişənin güc yolu ilə həlli cəhdləri heç bir nəticəyə gətirib çıxarmayacaq. Ona görə də danışıqlar faktını alqışlamaq lazımdır. İnsanların həlak olmaması əsas faktordur”.

Deputat əlavə edib ki, Federasiya Şurası Qafqazda baş verən hadisələri yaxından izləyir.


Müəllif: Samir