20 Oktyabr 2017 15:54
1 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

İki Müqəddəs Məscidin Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Teleqraf.com təbrik məktubunun mətnini təqdim edir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyev.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımdan Zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə davamlı inkişaf və rifah arzu edirəm".

***

Fələstin Dövlətinin Prezidenti, Fələstin Azadlıq Təşkilatı İcraiyyə Komitəsinin sədri Mahmud Abbas Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə Fələstin Dövləti və xalqı adından, şəxsən öz adımdan ən səmimi təbriklərimi çatdırıram. Bu münasibətlə Sizə, ölkənizə və xalqınıza xoşbəxtlik, rifah və tərəqqi arzu edirəm. Xalqlarımızı və ölkələrimizi birləşdirən möhkəm qardaşlıq əlaqələrinə dərin ehtiramımızı ifadə edirik. Sizin xalqımızın hüquqlarına, müstəqil Fələstin Dövlətinin yaradılmasına göstərdiyiniz qardaşlıq dəstəyinizi yüksək qiymətləndiririk. Bu əlaqələrin inkişaf etdirilməsi və ölkələrimiz üçün faydalı müştərək məqsədlərimizə xidmət naminə aramızdakı qarşılıqlı əməkdaşlıq yollarının davam etdirilməsindən sonsuz məmnunluq duyuruq.

Sizə möhkəm cansağlığı, xoşbəxtlik və müvəffəqiyyət arzu edirəm. Xahiş edirəm, ən səmimi təbriklərimi qəbul edin".

***

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Əl Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Əs-səlamu əleykum və rəhmətullahi və bərəkatuhu.

Ölkənizin Dövlət Müstəqilliyi Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan xoşbəxtlik duyuram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının xalqına və hökumətinə daha böyük inkişaf və rifah arzu edirəm".

***

Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi və dost Azərbaycan xalqını Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Bu bayram cəmiyyətdə həmrəyliyin, sülhün və sabitliyin rəmzi, Azərbaycan xalqının öz tarixi birlik ənənələrinə sədaqətinin, öz dövlətini dirçəltmək və möhkəmlətmək əzminin sübutudur.

Müstəqil Azərbaycan Respublikası tarixi baxımdan qısa müddətdə iqtisadiyyatın, sosial sahənin inkişafı, vətəndaşların rifahının yüksəldilməsi sahələrində sanballı uğurlar qazanıb, Qafqaz regionunda sabitlik və sülh amilinə çevrilib. Əlbəttə, bu müsbət nəticələr Sizin yürütdüyünüz ölçülüb-biçilmiş xarici və daxili siyasət sayəsində qazanılıb.

Hörmətli İlham Heydər oğlu, Sizə və bütün Azərbaycan xalqına qurucu əməyinizdə uğurlar, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm".

***

MDB Parlamentlərarası Assambleya Şurasının baş katibi Aleksey Sergeyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Milli bayramınız – Dövlət Müstəqilliyi Günü münasibətilə MDB-nin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası müstəqillik illərində siyasi, iqtisadi və sosial inkişaf sahələrində sanballı uğurlar qazanıb, beynəlxalq arenada mövqelərini inamla möhkəmlədib. Regional və ümumdünya gündəliyindəki məsələlərin həllində Azərbaycanın rolu əhəmiyyətli dərəcədə artıb.

Sizə - görkəmli dövlət xadiminə və siyasi xadimə və bütün Azərbaycan xalqına xoşbəxtlik, sülh, əmin-amanlıq və firavanlıq arzu edirəm".

***

Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.

İcazə verin, Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi və dost Azərbaycanın bütün xalqını ürəkdən təbrik edim. Bu bayram azadlıqsevər Azərbaycan xalqının mərdliyinin təcəssümüdür. Həmçinin bu bayram təməli zəmanəmizin görkəmli siyasi xadimi Heydər Əliyev tərəfindən qoyulan və Sizin müdrik rəhbərliyinizlə davam etdirilən inkişaf yolunun düzgün olduğunu təsdiq edir.

Müstəqillik illərində Azərbaycan dünya arenasında sosial ədalət və insanlara qayğı prinsiplərinə əsaslanan yol ilə ardıcıl irəliləyən ölkə kimi sarsılmaz nüfuz qazanıb. Sizin şəksiz diplomatik istedadınız sayəsində Azərbaycan çoxşaxəli xarici siyasət strategiyasını parlaq şəkildə həyata keçirir. Qəti əminəm ki, ölkələrimizin qardaş xalqlarının mənafeləri naminə Rusiya ilə Azərbaycan arasında mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək. Sizə və bütün həmvətənlərinizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və əmin-amanlıq arzu edirəm".

***

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin rektoru, Rusiya Elmlər Akademiyasının akademiki, professor Pyotr Qlıboçko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Əlamətdar bayramınız – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Bu gün birlik, sülh və sabitlik rəmzi, Sizin müdrikliyinizin və Azərbaycan xalqının öz ənənələrinə sadiqliyinin təsdiqidir.

Sizə dövlətçiliyin möhkəmlənməsinin, elmin, təhsilin və səhiyyənin inkişafının mühüm amili olan əmin-amanlıq və firavanlıq arzu edirəm.

Azərbaycan Respublikasının vətəndaşlarına xoşbəxtlik, cansağlığı diləyir, ən xoş arzularımı bildirirəm".

***

“RussNeft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Mixail Qutseriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi çox gözəl bayram – Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Bu, respublikanızın çoxəsrlik tarixində əlamətdar hadisədir.

Azərbaycan xalqının ənənələri, onun nadir mənəvi və mədəni potensialı nəsildən-nəslə keçir.

Bu gün Azərbaycan çox güclü sosial-iqtisadi dəyişiklikləri, vətəndaşların rifahının durmadan yüksəlməsini, beynəlxalq aləmdə respublikanın nüfuzunu bütün dünyaya nümayiş etdirir.

Əminəm ki, Sizin müdrik rəhbərliyinizlə Azərbaycan firavanlaşan güclü dövlət naminə genişmiqyaslı quruculuq yolunu davam etdirəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar arzulayıram!".

***

Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli cənab Prezident.

Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Sizə ölkənizin və xalqınızın rifahı və inkişafı üçün ən xoş arzularımı çatdırıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsi dəstəyi hökumətinizin Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı və qlobal miqyasda turizm sahəsində güclü brend kimi mövqe qazanması üçün bu sektora verdiyi önəmi göstərir. Sizə “Beynəlxalq inkişaf naminə davamlı Turizm İli-2017”yə Azərbaycanın verdiyi çox dəyərli dəstəyə görə minnətdarlığımı bildirirəm.

Bu səylərinizdə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının davamlı dəstəyinə əmin olun. İnanıram ki, Azərbaycan və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının möhtəşəm əlaqələri qarşıdan gələn illərdə də inkişaf edəcək.

Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin".

***

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Çox hörmətli İlham Heydər oğlu.

Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Ötən illər ərzində Sizin ölkəniz iqtisadi inkişafda sanballı uğurlar qazanıb, beynəlxalq aləmdə nüfuzunu möhkəmləndirib.

Mən Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında yaranmış dostluq münasibətlərini yüksək qiymətləndirirəm və səmimi qəlbdən inanıram ki, ölkələrimizin xalqları naminə bu münasibətlər bundan sonra da inkişaf edəcək və möhkəmlənəcək, konstruktiv əməkdaşlığın etibarlı qarantı olacaq.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, uzun ömür və ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar, dost Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq arzulayıram".

***

Rusiya Federasiyasının İnquş Respublikasının rəhbəri Yunusbek Yevkurov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Azərbaycan xalqı uzun illər boyu öz əməyi və mətanəti, həmrəyliyi və sıx birliyi sayəsində mənəvi, intellektual və maddi potensial yaradıb.

Bugünkü Azərbaycan qurucu əməyin nəticəsi, ideyaların, planların və niyyətlərin təcəssümüdür. Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, doğma respublikanın firavanlığı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə uğurlar, Sizin gözəl diyarınıza isə yeni iqtisadi tərəqqi, xeyirxah mədəni və mənəvi ənənələrin qorunub saxlanmasını və artırılmasını arzu edirəm.

Azərbaycana sülh, xoşbəxtlik və tərəqqi diləyirəm".

***

Moskvanın və Bütün Rusiyanın patriarxı Kirill Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri, hörmətli İlham Heydər oğlu.

Sizi və Azərbaycan Respublikasının bütün əhalisini Dövlət Müstəqilliyi Günü münasibətilə ürəkdən təbrik edirəm.

Suverenliyin bərpasından ötən illər ərzində Azərbaycanda mühüm siyasi-iqtisadi dəyişikliklər baş verib. Aşkardır ki, ölkənin nailiyyətlərinin çoxu Sizin adınızla bağlıdır və bir sıra ümumi məsələlərin həllinə peşəkarlıqla, ölçülüb-biçilmiş şəkildə yanaşmanın nəticəsidir. İctimai həyatın harmonikləşdirilməsi işində Azərbaycanın ənənəvi dini birliklərinin möhkəmləndirici rolunu fərəhlə qeyd etmək istərdim.

Ümidvaram ki, Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları ilə Rus Pravoslav Kilsəsinin Bakı Yeparxiyası arasında xoş qarşılıqlı münasibətlər daha da inkişaf edəcək. İnanıram ki, bu əməkdaşlıq cəmiyyətdə ötəri olmayan mənəvi-əxlaqi dəyərlərin möhkəmlənməsinə və insanların vətənpərvərlik tərbiyəsinə, sülh və vətəndaş həmrəyliyi mühitinin yaradılmasına bundan sonra da kömək edəcək.

Bu bayram münasibətilə Sizə və bütün Azərbaycan xalqına firavanlıq, ölkənin rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram."

***

“Mir” Dövlətlərarası Teleradio Şirkətinin sədri Radik Batırşin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının dövlət bayramı – Müstəqillik Günü münasibətilə “Mir” Dövlətlərarası Teleradio Şirkəti adından və şəxsən öz adımdan ən səmimi təbrikləri qəbul edin.

İcazə verin, Sizin respublikaya, bütün Azərbaycan xalqına sülh, sabitlik və firavanlıq, beynəlxalq birliyin bütün üzvləri ilə mehriban qonşuluq münasibətlərinin daha da möhkəmlənməsini arzu edim.

Sizi əmin edirik ki, “Mir” Teleradio Şirkəti respublikanızın həyatını və orada baş verən hadisələri bundan sonra da çox geniş və tam işıqlandıracaq".


Müəllif: Teleqraf.com