17 Oktyabr 2017 20:23
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın dini liderinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti jurnalistlərə açıqlamasında İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kərkükün kürd işğalından azad olunması əməliyyatında iştirak etməsi ilə bağlı yayılan məlumatları təkzib edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Vilayəti SEPAH-ın İraqın qanuni hökumətinin istəyi və xahişi ilə bu ölkədə yalnız hərbi müstəşar kimi fəaliyyət göstərdiyini deyib:
“SEPAH-ın Kərkükün azad olunması əməliyyatında heç bir rolu olmayıb. İraqın kürd əhalisinin əksəriyyəti Məsud Barzaninin ambissiyaları və onun gördüyü işlərə müxalifdir. Elə buna görə də hamının gördüyü kimi, Kərkük məntəqəsi hər hansı ciddi qarşıdurma yaranmadan İraqın mərkəzi hökumətinin əlinə keçdi.

Barzani isə səhvə yol verdiyini qəbul etməlidir. Hesab edirik ki, o, buraxdığı səhvini düzəltməlidir”.


Müəllif: Samir