18 Oktyabr 2017 10:13
531
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Əflatun Amaşov Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏTPM) İqtisadiyyat, ticarət, texnologiya və ekologiya məsələləri komitəsinin 49-cu iclasında iştirak etmək üçün bu gün Albaniyanın paytaxtı Tiranaya səfər edib.

Teleqraf.com xəbər verir ki, tədbirdə “Qara Dəniz İqtisadi Əməkdaşlıq təşkilatına üzv dövlətlərdə milli innovasiya sisteminin inkişafı” mövzusunda müzakirələr aparılacaq.

Toplantıda habelə komitənin sədri və müavini seçiləcək, növbəti iclasın tarixi, yeri, gündəliyi müəyyən ediləcək, QDİƏTPM-nin 2018-ci il üçün iş planına baxılacaq.

Millət vəkili müzakirə olanan məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək.


Müəllif: Cavad