19 Oktyabr 2017 22:33
815
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) liderinin baş müşaviri Şaban Dişli istefa verib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, onun istefası qardaşı, Silahlı Qüvvələrin Baş Qərargahının Strateji Planlaşdırma İdarəsinin rəisi olmuş general Mehmet Dişlinin 15 iyul hərbi çevriliş cəhdinin əsas iştirakçılarından biri kimi həbs olunmasından sonraya təsadüf edib.

Şaban Dişli bu addımını partiyasının və Ərdoğanın haqsız zərər görməməsi üçün atdığını deyib.

Sakarya əyalətindən millət vəkili olan Dişli AKP-nin əsas yaradıcılarından hesab olunur.


Müəllif: Teleqraf.com