19 Oktyabr 2017 23:20
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

18-19 oktyabr 2017-ci il tarixində Brüsseldə erməni diasporunun təşkilatçılığı ilə Avropa ermənilərinin 4-cü “konqresi” keçirilib.

Teleqraf.com-un məlumatına görə, konqres çərçivəsində Avropa Parlamentinin binasında keçirilən sessiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycanın ərazisi Dağlıq Qarabağda yaradılan qondarma rejim “nümayəndələri”nin iştirakı ilə təxribat törədilməsi nəzərdə tutulurdu.

İşğalçı rejimin “başçısı” Bako Saakyanın əlaltıları ilə Brüsselə gəlməsinə və “konqres”də iştirak etmək cəhdlərinə baxmayaraq, atılan addımlar nəticəsində qondarma rejim “nümayəndələri”nin Avropa Parlamenti binasında keçirilən tədbirdə iştirakının və çıxışının qarşısı alınıb.


Müəllif: Teleqraf.com