20 Oktyabr 2017 12:08
545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin növbəti plenar iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, spiker Oqtay Əsədov iclası açıq elan edib.

İclasın gündəliyinə 20 məsələ daxildir.

Toplantıda Miqrasiya, Cinayət, İnzibati Xətalar, Mülki Prosessual, İnzibati Prosessual məcəllələrinə əlavə və dəyişikliklərə baxılacaq.

Bundan başqa, “Banklar haqqında”, “Poçt haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Məhkəmə - Hüquq Şurası haqqında”, "Mədəniyyət haqqında", “Vəkillər və vəkillik fəaliyyəti haqqında” və s. qanunlara dəyişiklik layihələri də müzakirəyə çıxarılacaq.


Müəllif: Teleqraf.com