20 Oktyabr 2017 13:22
1 223
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər Avropa Şurası Azərbaycanı bu qurumdan çıxarmaq niyyətinə düşərsə, biz əks addım atmalıyıq. Onlar belə qərar qəbul edənə qədər biz özümüz Avropa Şurasından çıxmalıyıq.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisdə deputat Tahir Kərimli bildirib.

O bildirib ki, vaxtilə Azərbaycan ölüm hökmünü Avropa Şurası qarşısında üzərinə götürdüyü öhdəliklər səbəbindən ləğv edib:

“Artıq Rusiya İstintaq Komitəsi ölüm hökmünün bərpası haqqında düşünür. Biz Avropa Şurasına daxil olanda həm də düşünürdük ki, bu qurum Qarabağ məsələsində Azərbaycana dəstək olacaq. Ancaq uzun illərdir ki, bu müşahidə edilmir. Əvəzində Avropa Şurası xristian təssübkeşliyindən çıxış edir. Biz şərq ölkəsiyik və qiyafəmiz avropasayağıdır. Ancaq Avropa Şurası bizim göy və yaşıl rənglərimizi qəbul etmir. Biz avropalı yox, asiyalıyıq. Heç kimin diktəsi ilə yaşamamalıyıq”.

Spiker Oqtay Əsədov isə deputatın çıxışına cavab verərək deyib ki, əgər Azərbaycan Avropa Şurasına kor-koranə itaət etsəydi, Azərbaycana qarşı belə çıxışlar olmazdı: “Söhbətin kökündə erməni diasporu və Azərbaycana qarşı qərəz durur”.


Müəllif: Teleqraf.com