20 Oktyabr 2017 14:43
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclis “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsini müzakirəyə çıxarıb.

Teleqraf.com xəbər verir ki, Cinayət Məcəlləsinə 300-ə yaxın dəyişiklik nəzərdə tutulub. Məcəllədən bir sıra maddələr çıxarılıb. Cinayət tərkiblərinin Cinayət Məcəlləsindən çıxarılması yolu ilə bu əməllər dekriminalaşdırılıb. Belə əməllərin sayı 15-dir. Bunlar əsasən, mülkiyyət əleyhinə cinayətlər və ehtiyatsızlıqdan törədilən cinayətlərdir. Digər istiqamət isə bir sıra cinayət əməllərinə görə cinayət məsuliyyəti yaradan həddin artırılması ilə həmin əməllərin dekriminalaşdırılmasına nail olmaqdır. Bu əməllərə görə hədd 5 dəfə artırılıb.

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, ilk dəfə olaraq məcəlləyə azadlığın məhdudlaşdırılması cəzası maddəsi əlavə edilib. Bundan başqa, 34 cinayət üzrə cəza müddəti aşağı salınıb.

Komitə sədri deputatları dəyişiklikləri dəstəkləməyə çağırıb.

Hazırda deputatlar dəyişikliklərlə bağlı müzakirələrə başlayıb.


Müəllif: Cavad