20 Oktyabr 2017 16:42
1 808
12 Punto 14 Punto 16 Punto 18 Punto

Normal münasibətlər var. Əlbəttə, bizim suallarımız da yox deyil. Ancaq hesab edirəm ki, elə bir gərginlik də yoxdur.

Bunu Teleqraf.com-a Azərbaycan-Rusiya münasibətlərini şərh edən Milli Məclisin komitə sədri Arif Rəhimzadə deyib.

Rəhimzadə Rusiyanın Ermənistana 200 milyon dollar kredit verməsi və İrəvanın bu maliyyədən yararlanaraq müasir silahlar əldə etmək istəyinə dair məsələyə də toxunub:

“Siz Azərbaycan-Rusiya münasibətləri haqqında düşünəndə elə bilirsiniz ki, bizim qardaşımız olacaq? Yox. Bizimlə bağlı belə iddiası yoxdur. Bu iqtisadiyyatdır, ticarətdir. Alır və satır, qabağa düşmək istəyir. Kredit verir və borcunu da zamanı gələndə alacaq. Bizim də pulumuz var və ehtiyac duyulan sahələr üçün nəsə alırıq. Əlbəttə, Rusiya Minsk Qrupunda həmsədrdir. Həm də Ermənistanın tərəfdaşıdır”.


Müəllif: Cavad