21 Oktyabr 2017 02:29
853
12 Punto 14 Punto 16 Punto 18 Punto

"IMAGINE Avropa tolerantlıq festivalı Azərbaycan paytaxtında uğurla keçirildi. Və Bakı bir daha sübut etdi ki, o, həqiqətən də tolerantlıq paytaxtıdır"

Bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Kestudis Yanskauskas Bakıda IMAGINE festivalının bağlanış mərasimində deyib.

"Bir həftə ərzində biz tamaşaçılara filmlər nümayiş etdirdik. Festivalda təkcə Aİ deyil, bir sıra digər ölkələrin də rejisorlarının 30-dan çox filmi nümayiş etdirilib", - deyə Aİ səfiri bildirib və qeyd edib ki, bu günlər ərzində festivalı üç mindən çox tamaşaçı ziyarət edib.

"Bu bir daha sübut etdi ki, festival uğurla keçib və Bakı bir daha sübut etdi ki, o həqiqətən də, tolerantlıq paytaxtıdır.

Düşünürəm ki, biz festivalın müntəzəm olaraq hər il keçirilməsinə və növbəti il daha geniş miqyasda təşkil etməyə çalışacağıq", - deyə K.Yanskauskas əlavə edib.


Müəllif: Teleqraf.com