21 Oktyabr 2017 09:44
2 480
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mediası məşhur siyasətçilərin yeni arxiv fotolarını yayıb.

Teleqraf.com xəbər verir ki, şəkillərin birində sabiq Baş nazir Bülənd Əcəvid jurnalistlərin qarşısına çıxır.

İkinci şəkildə keçmiş Türkiyə prezidenti Turqut Özal oteldə çarpayıya uzanaraq mitinqdə çıxışa hazırlaşır (1983-cü il).

Üçüncü şəkildə isə Bülənd Əcəvid, Süleyman Dəmirəl və general Kənan Evrən yer alıb. Foto 1980-ci il 12 sentyabr çevrilişindən 13 gün qabaq çəkilib.


Müəllif: Mahir