21 Oktyabr 2017 19:29
785
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni təxribatlarına baxmayaraq, Azərbaycanın münaqişənin həlli ilə bağlı mövqeyi dəyişməzdir.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

O qeyd edib ki, həmin mövqe Prezident İlham Əliyev tərəfindən dəfələrlə bəyan edilib.

Elman Nəsirov bildirib ki, Azərbaycan dövləti münaqişənin beynəlxalq hüquq prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində və Dağlıq Qarabağın erməni əhalisinə ən yüksək muxtariyyət statusu verilməsi yolu ilə həllini dəstəkləyir.

Onun sözlərinə görə, Azərbaycan üçün bu çərçivədən kənarda hər hansı həll yolu qəbuledilməzdir: “Məsələnin həlli çox sadədir – erməni silahlı birləşmələri işğal edilmiş torpaqlardan çıxmalı, Azərbaycan vətəndaşları öz doğma torpaqlarına qayıtmalıdır. Ondan sonra regionda sülh və təhlükəsizlik yarana bilər.

O ki qaldı xalqların öz müqəddəratını təyin etməsi prinsipinə, bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır və Helsinki Yekun Aktında məhz bu ifadələr öz əksini tapır. Bütün münaqişələr ölkələrin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Münaqişənin həlli ilə bağlı bu yanaşma tərzi Azərbaycanın prinsipial mövqeyinin ifadəsidir”.


Müəllif: Səxavət