24 Oktyabr 2017 09:14
1 216
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl “26 Bakı komissarları”nın məzarını ziyarət etməklə gündəmə gələn və özünün Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü kimi təqdim edən Ədalət Abdinov minlərlə azərbaycanlının Stalinin qərarı ilə güllələnməsinə haqq qazandırır.

Teleqraf.com xəbər verir ki, kommunist ideologiyasının aşiqi olan Ədalət Abdinov neçə müddətdir ki, Rəsulzadə başda olmaqla Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparanları tənqid, əvəzində cani kommunist rejimini gen-bol təbliğ edir.

“Stalin repressiyası ilə bağlı bu fikirlə tam şərikəm ki, 32 il ərzində bütün quldurlar, satqınlar da daxil olmaqla, 829 min nəfər güllələnib. 1921-ci ildən 1953-cü ilə qədər olan əsl rəqəmlər bunlardır. Bunlardan başqa söylənilən rəqəmlər saxtadır, burjua tör-töküntülərin uydurmasıdır!” - deyə, Ədalət Abdinov qeyd edir.

Feysbuk statusunda isə Abdinov müsavatçılığı, Rəsulzadəni mümkün qədər tənqid edir, nökər adlandırır:

“Mənim üçün müsavatçılııq korazehinlikdir. Çürük beyinlərdə məğrurluq olmaz! İstənilən anda onlar əqidəsini, şərəf və ləyaqətini bir qəpiyə satıb, ad almağa hazırdırlar. Onların başbiləni M.Ə.Rəsulzadə idi ki, faşist Hitlerə nökərçilik etməyə hazır idi! Lakin Hitler də onu qəbul etmədi! Müsavatçılıq dəyərsiz məddahlıq aqibətidir!”.


Müəllif: Cavad