24 Oktyabr 2017 13:19
702
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cənubi Afrika Respublikasında səfərdə olan İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif bu ölkədə yaşayan İran vətəndaşları ilə görüşərək ABŞ Prezidenti Donald Trampın rəsmi Tehrana təzyiqlərindən danışıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Zərif Trampı yenicə siyasətə gəlmiş təcrübəsiz şəxs adlandırıb.

O deyib ki, İran öz təhlükəsizliyini və iqtisadi inkişafına görə heç bir ölkəyə borclu deyil:

“Bütün xarici təzyiqlərə baxmayaraq, bu gün İranda olan əmin-amanlıq region ölkələrinin heç birində yoxdur. Təəssüflər olsun ki, bu günlər yenicə siyasətə gəlmiş bəzi təcrübəsiz şəxslər tərəfindən ölkəmizə qarşı xoşagəlməz bəyanatlar səsləndirilir. Bu isə qəbuledilməzdir.

Hamı bilməlidir ki, Tramp kimi adamların ölkəmizə çamur atması İran millətinin müdafiə, müqavimət qabiliyyətinə və onun başucalığına zərrə qədər də xələl gətirməyəcək”.


Müəllif: Samir