1 Noyabr 11:53
59

Monteneqronun Xarici İşlər naziri Srdjan Darmanoviç noyabrın 1-2-də Azərbaycanda rəsmi səfərdə olacaq.

Bu barədə Teleqraf.com-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Səfər çərçivəsində S.Darmanoviçin Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Noyabrın 2-də Xarici İşlər Nazirliyində keçiriləcək görüşdən sonra nazirlərin birgə mətbuat konfransı baş tutacaq.


Müəllif: Səxavət