4 Noyabr 2017 11:48
1 158
12 Punto 14 Punto 16 Punto 18 Punto

21 ildir Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşməyi arzulayan qadın arzusuna çatıb.

Teleqraf.com Türkiyə mediasına istinadla xəbər verir ki, Manisanın Şahzadələr əyalətində yaşayan Müşərrəf Ərdəm adlı 70 yaşlı qadın bir mərasimdən öncə Türkiyə prezidenti ilə görüşüb.

Ərdoğanla görüşü üçün hər gün dua edən yaşlı qadın 3 gün öncə bu görüşü yuxuda gördüyünü bildirib. “Yuxuda gördüm ki, həyat yoldaşı Əminə Ərdoğanla bizə gəlir və mən ona onun üçün hazırladığım hədiyyələri verirəm. Mən bu günü düz 21 ildir gözləyirdim. Çox şükür bu günümüzə”.

Müşərrəf Ərdəm Türkiyə prezidentinə dua kitabı və üzük hədiyyə edib. Həmçinin prezident də ona təsbeh və dua kitabı bağışlayıb.

Qeyd edək ki, onların görüşünü Şahzadələr Bələdiyyə sədri Ömər Faruq Çəlik təşkil edib.


Müəllif: Aytən Yaşar