5 Noyabr 11:04
159

Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın Vyetnamda görüşəcəyi təqdirdə müzakirə edəcəyi məsələlər açıqlanıb.

Teleqraf.com "Ria Novosti" agentliyinə istinadla xəbər verir ki, bununla bağlı Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, liderlər Suriya böhranı, Şimali Koreyanın nüvə potensialı və iqtisadi məsələləri müzakirə edəcək.
Qeyd edək ki,Putin və Tramp noyabrın 6-11-də keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı sammitində iştirak etmək üçün Vyetnama səfər edəcək.


Müəllif: Samir