5 Noyabr 2017 16:30
781
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Baş naziri Binəli Yıldırım Amerika Birləşmiş Ştatlarına səfər edəcək.

Teleqraf.com türk mәtbuatına istinadәn xәbәr verir ki, hökumәt başçısı 7-10 noyabr tarixlərində ABŞ-a sәfәr zamanı vitse- prezident Mayk Penslə görüşəcək

Görüşdә terrorçuluqla mübarizə, Ankara və Vaşinqton arasında siyasi, iqtisadi, hərbi sahələrdə münasibətlər, viza problemi barədə danışıqlar nәzәrdә tutulub.

Bu, Donald Tramp administrasiyasının hakimiyyətə gəlişindən sonra Türkiyədən Vaşinqtona baş nazir səviyyəsində ediləcək ilk səfər olacaq.


Müəllif: Teleqraf.com