11 Noyabr 2017 20:29
716
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Tramp sabah Flippinə səfər edəcək.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Asiya turu çərçivəsində iki günlük səfər zamanı Tramp flippinli həmkarı Rodriqo Duterte ilə görüşəcək və Şərq sammitində iştirak edəcək.

Məlumatlara görə, Trampın Flippinə səfər edəcəyi ilə bağlı xəbərlər ölkədə etirazlarla qarşılanıb. 300-dən çox nümayişçi Manilada ABŞ səfirliyinin önünə toplaşıb.

Nümayişçilər Trampın miqrasiya siyasətinə etiraz edir.


Müəllif: Samir