12 Noyabr 2017 11:11
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident Putinlə görüş zamanı ona sual verdim ki, Rusiya ABŞ-dakı prezident seçkilərinə müdaxilə edibmi? Putin Rusiya tərəfindən belə bir müdaxilənin olmadığını bildirdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Rusiya Prezidenti Vladimr Putinlə görüşündən sonra deyib.

Qeyd edək ki, prezidentlər Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) Vyetnamın Da Nanq şəhərində keçirilən sammitində ayaqüstü görüşüblər.

D.Tramp daha sonra deyib: “Ona təkrar bu sualı verdim. O, “mən belə bir şey etmədim” dedi. Mən inandım. Bunu mənə deyərkən həqiqəti dediyinə inanıram”.

Ayaqüstü görüş zamanı Tramp daha çox ABŞ-da ciddi müzakirə edilən “Rusiyanın seçkilərə müdaxiləsi” məsələsini Putinlə müzakirə edib.

Tramp daha sonra qeyd edib ki, Vyetnamda Rusiya Prezidenti ilə 3 dəfə bir araya gəlib.

V.Putin də ABŞ seçkilərinə Rusiyanın müdaxiləsinə dair araşdırmalarla bağlı mesaj verib. Bu iddiaların fantaziya olduğunu deyən Putin bildirib ki, belə iddiaların ortaya atılmasında məqsədi ABŞ Prezidentinə zərər verməkdir.

“ABŞ-da sözdə Rusiya məsələsi ilə bağlı mübarizə daxili siyasətlə bağlıdır”, – deyə V.Putin bildirib.


Müəllif: Cavad