12 Noyabr 16:06
119

ABŞ Prezidenti Donald Trampın Vyetnam səfəri başlayıb.

Teleqraf.com xəbər verir ki, D.Trampı Vyetnam Prezidenti Tran Dai Quanq paytaxt Honoyda qarşılayıb.

ABŞ Prezidenti Vyetnam paytaxtında diqqətçəkən açıqlamalarla çıxış edib.

Tramp deyib ki, Şimali Koreya probleminin həlli istiqamətində Çinin ciddi səy göstərəcəyinə ümid edir:

“Çin çox gözəl vasitəçi və hakimdir. Rusiyanın da Şimali Koreya məsələsində yardımlarının olacağına inanıram”.

D.Tramp ayrıca olaraq Vyetnama milyardlarla dollar sərmayə qoyulacağına inandığını qeyd edib.

ABŞ Prezidenti Hanoyda Vyetnam Kommunist Partiyasının sədri Nquyen Phu Tronq ilə görüşüb. Daha sonra Vyetnamın baş naziri səlahiyyətlərini icra edən Nquyen Xuan Phuv ilə bir araya gəlib.

Qeyd edək ki, D.Tramp Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatı (APEC) liderlərinin Vyetnamın Da Nanq şəhərində keçirilən sammitindən sonra paytaxt Honoya gəlib. Vyetnam görüşlərindən sonra D.Tramp 12 günlük Asiya səfərinin son dayanacağı olan Flippinə doğru hərəkət edəcək.


Müəllif: Cavad