12 Noyabr 2017 23:25
2 332
12 Punto 14 Punto 16 Punto 18 Punto

“500 ildir İran və Türkiyə arasında heç bir müharibə baş verməyib və Türkiyənin regional məsələlərə dair mövqeyi birmənalıdır. Amma biz hər hansı bir məzhəbin yayılmağa çalışılmasının sabitlik, təhlükəsizlik və regional sülh üçün yaxşı olmadığını bilirik. Bu səbəbdən şiə məzhəbinin regiona yayılması region üçün böyük təhlükədir”.

Teleqraf.com TRT-yə istinadən xəbər verir ki, bunu Amerikanın CNN televiziyasında yayımlanan GPS proqramında Türkiyənin Baş naziri Binəlı Yıldırım regiondakı siyasi və dini durumla bağlı danışarkən deyib:

“500 ildir İran və Türkiyə arasında heç bir müharibə baş verməyib və Türkiyənin regional məsələlərə dair mövqeyi birmənalıdır. Amma biz hər hansı bir məzhəbin yayılmağa çalışılmasının sabitlik, təhlükəsizlik və regional sülh üçün yaxşı olmadığını bilirik. Bu səbəbdən şiə məzhəbinin regiona yayılması region üçün böyük təhlükədir. Dini müharibə başlasa, bunun nə zaman bitəcəyi və nə qədər sürəcəyini heç kim bilə bilməz. Buna görə qonşumuz İrana dostcasına bu çatdırırıq. ABŞ-ın da İran siyasəti məlumdur. İraqın birinci və ikinci işğalından bu yana ABŞ və İran münasibətləri yaxşı deyil. Obama rəhbərliyi Birləşmiş Millətlərin Təşkilatının daimi üzvləri ilə yanaşı Almaniya da daxil olmaqla nüvə sanksiyalar qarşısında anlaşma əldə etdilər. İndi yeni rəhbərlik - Tramp rəhbərliyi İranla qarşı-qarşıya durmağa istəkli kimi görünür. Müqaviləni saf-çürük etmək, aradan qaldırmaq istəyirlər. Bunun qanuni olaraq mümkün olmadığını düşünürəm, çünki bu ikili deyil, çoxtərəfli sazişdir. Demək, sazişlə bağlı Avropa və ABŞ eyni fikirdə deyillər".

B.Yıldırım əlavə edib ki, ABŞ regionda yeni koalisiya qurmağa çalışır: "Səudiyyə Ərəbistanı və İran əlaqələrinin uzun zamandır yaxşı getmədiyi sirr deyil. Bu, birinci amildir. Digər amil isə kiçik ölkələrin bir araya gələrək Qətərə qarşı bir ittifaq yaratmasıdır. Amma bu cür mövqelər çox zərərlidir. Regionda onsuz da çox sayda problem var. Suriyada və İraqda vətəndaş müharibəsi gedir, hökumətin gücsüzlüyü, İŞİD var.

Üstəlik PKK, YPG və PYD var. Bunlar kürd-marksist-leninist qruplardır. Türkiyə üçün problem yaradırlar. Maraqlıdır ki, ABŞ İŞİD-i məğlub etmək üçün bu təşkilatlarla birlikdə çalışır. Bu işbirliyinin bölgəyə sülh və sabitlik verəcəyini düşünmürük.

Suriyada milyonlarla insan yerindən-yurdundan didərgin düşüb, bir milyondan çox məsum səbəbsiz yerə öldürülüb. 3,5 milyondan çox suriyalı həyatını xilas etmək üçün Türkiyəyə sığınıb. 6 ildən çoxdur ki, onlara ev sahibliyi edirik, təhsil və yaşamaq üçün şərait yaradırıq. Bu, bizim üçün böyük problemdir. Ölüm təhdidi altında olanlara “sizi qəbul etmirik” deyə bilmərik, onlara hər zaman qapımız və qollarımız məmnuniyyətlə açıqdır. Əgər bölgədə yeni bir təhdid, yeni bir müharibə ortaya çıxarsa, bunun bədəlini kim ödəyəcək? Narahatlığımız budur.

Türkiyə regionda güclü və stabil bir ölkədir. Asiya ilə Avropa arasında mədəniyyətlər ölkəsidir. Xristian və müsəlman xalqları arasında körpü vəzifəsini icra edən bir ölkədir. Türkiyə terror təhdidinin Avropaya, dənizlərdən keçib başqa ölkələrə yayılmamasında mühüm rol oynayır. Bu, təqdir edilməlidir. Bütün bunlara görə də Türkiyə Avropa İttifaqına daxil olmaqda qərarlıdır. Amma Aİ gedəcəyi istiqaməti müəyyən etməlidir: İttifaqda ölkələrin sayını artıracaqlar, yoxsa xristian klubu olaraq qalacaqlar.

Türkiyə Qərbin parçasıdır, həm coğrafi, həm də mədəniyyət olaraq avropalıdır.”


Müəllif: Teleqraf.com