13 Noyabr 11:32
172

ABŞ Prezidenti Donald Tramp Asiya turu çərçivəsində sonuncu dayanacağı olan Flippində apardığı müzakirələrdən sonra maraqlı açıqlamaları ilə diqqəti çəkib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Tramp Şimali Koreya lideri Kim Çenlə dost olmaq istədiyini söyləyib:

“Şimali Koreyanın xarici işlər naziri məni “qoca” adlandırır. Ancaq mən Şimali Koreya rəhbərinə heç zaman “kök, balacaboy” demədim. Bu halda niyə o, məni təhqir etdirir? Onunla dost olmaq üçün çox çalışıram. Bəlkə də bu, bir gün baş tutacaq”.

Tramp Rusiya ilə bağlı da maraqlı açıqlamalar verib:

“Rusiya ilə münasibət qurmaq yaxşı haldır. Fikrimcə, Şimali Koreya, Suriya, Ukrayna və terrorizm mövzusunda Rusiyanın böyük dəstəyi ola bilər. Məndən əvvəl Barak Obama da Moskva ilə yaxşı əlaqələr qurmağa çalışdı, ancaq Obamanın Putinlə danışıqları müsbət nəticə vermədi”.

ABŞ prezidenti bir daha Rusiyanın ABŞ-da son prezident seçkilərinə müdaxiləsi haqqında danışıb. Ancaq qəribədir ki, Tramp həm Putinin sözlərinə, həm də ABŞ kəşfiyyat strukturlarına inandığını bildirib:

“Rusiya prezidenti Putinin ABŞ-dakı prezident seçkilərinə Moskvanın müdaxilə etmədiyi haqda açıqlamalarının səmimiyyətinə inanıram. Ancaq ABŞ kəşfiyyat strukturlarına da inanıram”.


Müəllif: Cavad