13 Noyabr 2017 14:33
896
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerika Konqresinin 2018-ci il büdcə layihəsində kürd peşmərgələrə hərbi yardım nəzərdə tutulub.

Teleqraf.com xəbər verir ki, Konqres İraqın bütövlüyü şərtini nəzərə almayaraq 365 milyon dollarlıq hərbi yardımı şərtsiz olaraq Şimali İraq Kürd Muxtariyyətinə bağlı olan peşmərgəyə göndərmək qərarını verib.

Konqresin bu qərarından sonra 365 milyon dollarlıq hərbi yardımın şərtsiz olaraq peşmərgəyə göndəriləcəyi ifadə edilib.

“Al Monitor” portalı bəyan edib ki, ABŞ Konqresinin peşmərgə ilə bağlı verdiyi qərar çox əhəmiyyətlidir.

Konqres üzvləri tərəfindən hazırlanan hesabatda isə Vaşinqtonin İraq və Suriya siyasətinin gözdən keçirilməsi istənilib və Kürd Muxtariyyətinə hücumlar edən Haşdi Şabi ilə peşmərgə arasında baş verən qarşıdurmalardan narahatlıq ifadə edilib.


Müəllif: Cavad