14 Noyabr 10:04
425

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya səfəri başa çatıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğanın olduğu TUR adlı təyyarə gecə saatlarında Rusiyanın Soçi şəhərindən Küveytə gəlib.

Ərdoğanı Soçi aeroportunda Krasnodar qubernatoru Vinyamin Kondratyev, Soçi meri Anatoli Pakxomov, Türkiyənin Moskvadakı səfiri Hüseyn Diriöz, Novosibirskdəki baş konsul Yunus Əmrə Özigçi və başqaları yola salıb.

Küveyt səfəri zamanı türk lideri həyat yoldaşı Əminə Ərdoğan, Baş qərargah rəisi Hulusi Akar, Ədliyyə naziri Əbdülhəmid Gül, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İqtisadiyyat naziri Nihat Zeybəkçi, Enerji və Təbii Sərvətlər naziri Barat Albayraq, Gənclər və İdman naziri Osman Aşkın Bak, Qida, Sənaye və Heyvandarlıq naziri Əhməd Əşrəf Fakıbaba, Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş, Meşə və Su təsərrüfatı naziri Veysəl Əroğlu və Nəqliyyat, Dənizçilik və Rabitə naziri Əhməd Arslan müşayiət edir.


Müəllif: Samir