14 Noyabr 12:05
90

Rusiya Xarici İşlər naziri Sergey Lavrov noyabrın 20-də Bakıya səfər edəcək.

Teleqraf.com Ermənistanın “168 jam” nəşrinə istinadla xəbər verir ki, noyabrın 20-də isə rusiyalı nazir İrəvana gedəcək.

Səfər zamanı Lavrov bir sıra görüşlər keçirəcək və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə edəcək.

Məlumatlara görə, Lavrov regiona 2 versiya ilə gəlir: “Birinci versiyaya görə, Lavrov Vyana və Sankt-Peterburq müqavilələrinə uyğun olaraq, Məmmədyarov-Nalbəndyan görüşü üçün effektiv gündəm yaratmağa çalışacaq. İkinci versiyaya görə isə Lavrov həmsədr ölkələrin mövqeyini dəstəkləyəcək plan təqdim edəcək”.


Müəllif: Samir