14 Noyabr 14:47
215

Səudiyyə Ərəbistanı şahzadəsi Məhəmməd ibn Salman Fələstin rəhbəri Mahmud Abbasın qarşısına iki şərt qoyub.

Teleqraf.com xəbər verir ki, bununla bağlı “Tayms” nəşri məlumat verib.

Bildirilir ki, şahzadə Abbası ABŞ-ın hazırladığı Yaxın Şərq planını qəbul etməyə çağırıb. Əks halda isə onun istefa verməsinin qaçılmazlığını bildirib.

Məlumatlara görə, şərtlər Mahmud Abbasın Ər-Riyada səfəri zamanı irəli sürülüb.

Qeyd edilir ki, sülh planı ABŞ Prezidenti Donald Trampın kürəkəni və müşaviri Cared Kuşnerin Ər-Riyada gizli səfəri və şahzadə ilə görüşü zamanı hazırlanıb.

İddia edilir ki, plana əsasən, Səudiyyə və ABŞ Fələstinə zərər toxunmadan İrana qarşı İsraillə əməkdaşlıq etmək istəyir.


Müəllif: Samir