14 Noyabr 2017 16:55
960
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-Rusiya münasibətləri son illərin ən aşağı səviyyəsindədir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Baş naziri Dmitri Medvedev deyib.

O bildirib ki, ABŞ Rusiyaya rəqib deyil, düşmən gözü ilə baxır:

“ABŞ-ın sanksiyaları Rusiyaya qarşı dümənçilik münasibətləribnin təzahürüdür. Bu sanksiyalara Moskva lazımı cavablar verəcək”.

Rusiyanın Müdafiə naziri Sergey Şoyqu BBC telekanalında yayımlanan ABŞ-ın dəstəklədiyi PYD/YPG silahlılarının 350 İŞİD terrorçusuna qaçmaqda yardım göstərməsi görüntülərinə münasibət bildirib:

“ABŞ bununla İŞİD terrorçularını qoruyur və elə göstərməyə çalışır ki, guya Yaxın Şərqdə terrorçuluqla mübarizə aparır”.

Şoyqu əlavə edib ki, ABŞ Hərbi Hava Qüvvələri Rusiya qırıcılarına Əbu-Kamal əməliyyatlarında maneə törədib.

Bu arada, Pentaqon rəhbəri Ceyms Mattis ABŞ-ın Suriyada nə vaxtadək qalacağı sualına cavab verib.

O bildirib ki, yaxın vaxtlarda ABŞ qüvvələrinin bir hissəsi Suriyanı tərk edəcək:

“Ümumilikdə isə, ABŞ ordusu Suriyanı Cenevrə razılığına tam əməl edildikdən sonra tərk edəcək”.


Müəllif: Samir