14 Noyabr 2017 21:00
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Misirin Cənubi Sinay Vilayətinin qubernatoru, Şarm-əş-Şeyx şəhərinin meri Xalid Fudə Məhəmmədin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycanla Misir arasında tarixi əlaqələrə toxunan E.Məmmədyarov iki ölkə arasında mədəni və dini bağlılığının münasibətlərin inkişafına müsbət təsir göstərdiyini və əməkdaşlığın inkişafı üçün böyük potensialın olduğunu bildirib.

Azərbaycana xüsusi rəğbəti olduğunu bildirən Xalid Fudə Məhəmməd iki ölkə arasında birbaşa uçuşların bərpa edilməsinin ikitərəfli əməkdaşlığı gücləndirəcəyini və turizmin inkişafına təkan verəcəyini deyib.

Görüşdə iki ölkə arasında turizm sahəsində əməkdaşlığın cari vəziyyətinə nəzər salınıb və bu istiqamətdə səylərin artırılmasının vacibliyi vurğulanıb.

Keçən il Misirə rəsmi səfərini və keçirtdiyi görüşləri xatırladan Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin ikitərəfli əməkdaşlığa töhfə verdiyini bildirib.


Müəllif: Teleqraf.com