19 Noyabr 2017 20:03
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Azərbaycana rəsmi səfərə gəlib. Bu barədə Trend-ə diplomatik mənbə bildirib.

S.Lavrovun xarici işlər naziri Elmar Məmmədyarov və digər yüksək rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.

Görüşdən sonra hər iki nazirin iştirakı ilə birgə mətbuat konfransı keçiriləcək.

Qonşu və dost ölkələr olan Azərbaycan və Rusiya arasında ikitərəfli əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Bu il Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə əlamətdardır.

E.Məmmədyarov aprelin 28-də Rusiyada işgüzar səfərdə olub.


Müəllif: Teleqraf.com