20 Noyabr 2017 16:32
683
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan ərazilərini işğal altında saxlayan Ermənistana qarşı dünya birliyi sərt reaksiya göstərməlidir.

Axar.az xəbər verir ki, bu sözləri Brüsseldə keçirilən “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər" adlı beynəlxalq forumun ikinci panelində çıxış edən Almaniyanın keçmiş deputatı və dövlət katibi, Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauzer deyib. O bildirib ki, Rusiyaya qarşı olan iqtisadi və siyasi sanksiyalar Ermənistana da tətbiq edilməlidir.

“Terrorizm və separatizmin qarşısını sanksiyalarsız almaq mümkün deyil. Sanksiyalar olmalıdır ki, 20 ildən artıqdır evlərindən didərgin düşmüş insanlar öz yurd-yuvalarına qayıda bilsinlər”.


Müəllif: Teleqraf.com