21 Noyabr 2017 15:50
1 097
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putin ilə Suriya Prezidenti Bəşər Əsəd arasında Soçidə baş tutan görüşün əsas səbəbi açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

O bildirib ki, görüşdə əsas məqsəd Əsədin dekabrda Soçidə baş tutacaq Suriya toplantısında veriləcək qərarı yerinə yetirib-yetirməyəcəyini öyrənmək olub.

Qeyd edək ki, sabah İran, Rusiya və Türkiyə prezidentləri arasında Soçidə görüş keçiriləcək. Görüşdə Suriya böhranı müzakirə ediləcək.


Müəllif: Samir