21 Noyabr 2017 16:00
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Prezidenti Vladimir Putinin bu gün amerikalı həmkarı Donald Trampla telefon danışığı zamanı müzakirə edəcəyi məsələ açıqlanıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Rusiya prezidentinin sözçüsü Dmitri Peskov məlumat verib.

O bildirib ki, telefon danışığı zamanı Putin Trampı bu gün Soçidə Suriya Prezidenti Bəşər Əsədlə keçirdiyi görüşlə bağlı məlumatlandıracaq:

“Onlar Suriya üçün vacib olan məsələləri müzakirə edəcəklər”.


Müəllif: Samir