22 Noyabr 2017 11:47
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında dünən baş tutan telefon danışığı 1 saat davam edib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Danışıq zamanı liderlər Suriya, Ukrayna, Şimali Koreya, terrorçuluqla mübarizə kimi məsələləri müzakirə ediblər.

Tramp telefon danışığı ilə bağlı fikirlərini jurnalistlərlə bölüşüb. O, Putinlə müzakirələrdən razı qaldığını bildirib: “Putinlə möhtəşəm müzakirələr apardıq. Çox razıyam”.


Müəllif: Samir