23 Noyabr 2017 12:10
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya, İran və Türkiyə prezidentlərinin Soçidə keçirilən görüşündən sonra səsləndirilən bəyanat PKK terrorçularını təşvişə salıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Afrin məsələsinin də müzakirə olunduğu görüşdən sonra PKK liderlərinin Afrində xəndəklərin qazılması ilə bağlı tapşırıq verdiyi bildirilir. Terrorçuların komandirlərindən olan Səbri Ok isə ABŞ-a səslənib:

“Rusiya bizim yanımızda dayanmadı. ABŞ Türkiyənin Afrində əməliyyat keçirməsinə icazə verməməlidir. Sizdən yardım istəyirik”.
Qeyd edək ki, bir neçə gün öncə PKK-nın bölgədəki lideri Murad Qarailan Rusiya Prezidenti Vladimir Putindən yardım istəyib. O, Türkiyənin hücumuna qarşı çıxması üçün Putinə yalvarıb.


Müəllif: Samir