23 Noyabr 2017 15:36
873
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Deyə bilərəm ki, biz nəinki razılaşma əldə edəcəyik, həm də sabah günorta final bəyannaməsini imzalayacağıq”.

APA-nın məlumatına görə, bunu Avropa İttifaqının genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Han “Şərq tərəfdaşlığı” sammiti çərçivəsində təşkil olunmuş press-tur iştirakçıları ilə görüşündə deyib.

"Şərq tərəfdaşlığı" zirvə toplantısının yekun bəyannaməsinin razılaşdırılması ilə bağlı müzakirələrin uzanmasına toxunan Y. Hanın sözlərinə görə, sammitlərin xüsusiyyəti belədir ki, final bəyanatı ən son ana kimi müzakirə olunur: "Final bəyannaməsini imzalayacağıq. Bu, hamını yüz faiz məmnun edəcək və Avropa İttifaqına üzv 28 dövlətin, 6 "Şərq tərəfdaşlığı" ölkəsinin maraqlarına uyğun olacaq".


Müəllif: Teleqraf.com