23 Noyabr 2017 17:37
1 406
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə hava sahəsini qorumaq məcburiyyətindədir.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Türkiyənin müttəfiqləri bu məsələdə Ankaraya yardım etmək istəmir:
“Türkiyə NATO üzvüdür. Norveçdəki qalmaqal zamanı NATO Baş katibinin Türkiyəyə nə qədər önəm verdiyi ortaya çıxdı. İlk olaraq, NATO üzvü ölkələrdən silah almağı üstün tuturuq. Ancaq son zamanlar müttəfiqlərimiz bizə silah satmaq istəmir. Biz də məcbur qalıb digər ölkələrə müraciət edirik. S-400-ləri Rusiyadan alan tək biz deyilik. Ötən il Yunanıstan da bu sistemləri əldə etmişdi”.


Müəllif: Samir