23 Noyabr 2017 17:01
616
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisdə “2018-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsi müzakirə edilib.

Teleqraf.com xəbər verir ki, bu haqda deputatlara Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.

Komitə sədri deyib ki, 2018-ci il üçün ehtiyac meyarının həddi ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədi ilə 116 manat məbləğində nəzərdə tutulur.

Komitə sədri ehtiyac meyarının artırılmasına tərəfdar olduğunu vurğulayıb.

Bununla da Milli Məclisdə büdcə müzakirələri başa çatıb. Parlamentin növbəti iclası dekabrın 1-də keçiriləcək və bu müddətdə hökumət deputatların səsləndirdiyi təklifləri təhlil edəcək.


Müəllif: Cavad