24 Noyabr 2017 14:41
541
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Misirin paytaxtı Qahirədə “Radikalizmlə birgə mübarizə və dialoqun gücləndirməsi” mövzusunda keçirilən beynəlxalq forumda təmsil olunub.

Bu barədə Teleqraf.com-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Forumda ölkəmizin Misirdəki səfirliyinin müşaviri Azər Abbas, “Vətənpərvər” – Azərbaycanın Misirdəki Diaspor Təşkilatları Birliyinin sədri, tədqiqatçı-alim Seymur Nəsirov və digər diaspor nümayəndələri iştirak ediblər.

Seymur Nəsirov forumda “Sülh içində yaşayan azərbaycanlıların uğurlu modeli” mövzusunda çıxış edərək Azərbaycandakı multikultural ənənələr barədə iştirakçılara məlumat verib. O bildirib ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq, əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin və konfessiyaların nümayəndələrinin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadığı diyar kimi tanınır.

Azərbaycanın sadəcə bu gün deyil, ta qədimdən çoxsaylı xalqların firəvan şəkildə yaşadığı ərazi olduğunu vurğulayan alim əlavə edib ki, ölkəmizdə tolerantlıq mühiti hər zaman ən yüksək səviyyədə olduğu üçün burada multikulturalizm, millətlər və dinlər arasında olan münasibətlərə, dialoqa həsr edilmiş beynəlxalq səviyyəli bir çox tədbirlər, elmi konfranslar keçirilir. O, Azərbaycanın bu uğurunun dünyanın müxtəlif ölkələrində tədris olunduğunu da qeyd edib.


Müəllif: Səxavət