24 Noyabr 2017 17:31
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Şərq Tərəfdaşlığı" proqramının Belçikanın paytaxtı Brüsseldə keçirilən V Sammitinin yekununda qəbul olunan bəyannamədə həll olunmamış münaqişlərə geniş yer ayrılıb.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, sənəddə proqramın iştirakçısı olan regionlar və dövlətlərdə hələ də beynəlxalq hüququn normalarının pozulması hallarının davam etdiyini bildirilib.

Bəyannamədə "Şərq Tərəfdaşlığı" proqramının iştirakçıları həllini tapmamış münaqişələrin beynəlxalq hüququn prinsipləri və normalarına müvafiq olaraq həll edilməsi naminə səylərini artırmağa çağırılırlar.


Müəllif: Teleqraf.com