8 Dekabr 11:13
488

Orta və kiçik mənzilli raketlərin ləğvinə dair müqavilə barəsində fikir ayrılığı ABŞ və Rusiya arasında siyasi mübahisələrə səbəb olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçov deyib.

O bildirib ki, siyasi iradə ilə ABŞ və Rusiya arasında yaranmış problemləri həll etmək mümkündür:

“Aydındır ki, yaranmış problemlərin texniki cəhəti ilə yanaşı, siyasi tərəfi də var. Bu problemlərin həllində siyasət öz sözünü deməlidir”.


Müəllif: Samir