11 Dekabr 2017 21:37
1 093
12 Punto 14 Punto 16 Punto 18 Punto

20:21

Rusiya prezidenti Vladimir Putin Türkiyəyə rəsmi səfər edib.

Teleqraf.com xəbər verir ki, iki ölkə prezidenti bu il 7-ci dəfə görüşəcəklər.

Putinin bir günlük Ankara səfərində tərəflər Qüds və Suriya məsələlərini müzakirə edəcəklər.

***

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında görüş başlayıb.

Məlumatı “Anadolu” agentliyi xəbər verib.

***

Bir saat davam edən görüşdən sonra Ərdoğan Putinin şərəfinə ziyafət təşkil edib. Ziyafətdən sonra prezidentlər birgə mətbuat konfransı keçirəcəklər.


Müəllif: Teleqraf.com